ABŞ qırıcısı Yaponiya üzərindən uçarkən raketini itirib

ABŞ qırıcısı Yaponiya üzərindən uçarkən raketini itirib ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısı Yaponiyanın Aomori prefekturası üzərindən etdiyi təlim uçuşu zamanı təlim mərmisini itirib.
Digər ölkələr
7 Noyabr , 2019 11:21
ABŞ qırıcısı Yaponiya üzərindən uçarkən raketini itirib

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "F-16" qırıcısı Yaponiyanın Aomori prefekturası üzərindən etdiyi təlim uçuşu zamanı təlim mərmisini itirib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Yaponiyadakı hərbi komandanlığı "Twitter" hesabında məlumat verib.

Yerli KİV-in məlumatına görə, raket təyin olunmuş uçuş bölgəsindən bir neçə kilometr məsafədə yerləşən Rokkase kəndindəki özəl sektor ərazisinə düşüb.

Xəsarət alanalar və dəymiş ziyan barədə hələlik heç bir məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi