ABŞ Qərbin “hava-hava” raketlərinin MiQ təyyarələri ilə inteqrasiyasını araşdırır

ABŞ Qərbin “hava-hava” raketlərinin MiQ təyyarələri ilə inteqrasiyasını araşdırır ABŞ ordusu Ukraynanın istifadə etdiyi MiQ təyyarələrində qabaqcıl “hava-hava” raketlərindən istifadə etməyi düşünür.
Digər ölkələr
8 Mart , 2023 05:39
ABŞ Qərbin “hava-hava” raketlərinin MiQ təyyarələri ilə inteqrasiyasını araşdırır

ABŞ ordusu Ukraynanın istifadə etdiyi MiQ təyyarələrində qabaqcıl “hava-hava” raketlərindən istifadə etməyi düşünür.

"Report" xəbər verir ki, bu barədə "Politico" qəzeti ABŞ Müdafiə Nazirliyinin iki əməkdaşına və başqa mənbəyə istinadən məlumat yayıb.

ABŞ rəsmiləri ABŞ istehsalı olan F-16-lar kimi Qərb qırıcıları üçün nəzərdə tutulmuş AIM-120 orta mənzilli “hava-hava” raketlərinin Ukrayna hərbçilərinin istifadə etdiyi MiQ təyyarələrində quraşdırılıb-quraşdırıla bilməyəcəyini araşdırır.

Bununla belə, “Politico”nun mənbələrinə görə, sistemlərin inteqrasiyasında bəzi texniki çətinliklər var.

Texniki çətinliklər aradan qaldırılsa, bu, ABŞ-ın Ukrayna aviasiyasına “hava-hava” tipli raketlərdən istifadəsinə ilk dəfə imkan verəcək.

Son xəbərlər

Orphus sistemi