ABŞ qasırğaya hazırlaşır

ABŞ qasırğaya hazırlaşır ABŞ Prezidenti Cozef Bayden Luiziana ştatında federal səviyyədə fövqəladə vəziyyət elan edilməsinə razılıq verib
Digər ölkələr
28 Avqust , 2021 11:48
ABŞ qasırğaya hazırlaşır

ABŞ-ın Luiziana ştatında bazar günü sahilə vuracağı gözlənilən, yaxınlaşmaqda olan “İda” qasırğası səbəbiylə təxliyə elan edilib.

“Report” xəbər verir ki, bu barədə “The Weather Channel” məlumat yayıb.

“Çox ciddi durumla üz-üzəyik”, - Luiziana qubernatoru Con Bel Edvards mətbuat konfransında deyib.

ABŞ Prezidenti Cozef Bayden ştatda federal səviyyədə fövqəladə vəziyyət elan edilməsinə razılıq verib. Yeni Orleanın bəzi bölgələrində də oxşar vəziyyətdir.

“Ağacları kökündən çıxara və elektrik enerjisinin verilməsində kəsilmələri uzada biləcək tropik fırtınalar və ya daha güclü küləklər olacağını gözləyirik”, - şəhərin Fövqəladə Hallar Departamentinin rəhbəri Kollin Arnold bildirib.

İngilis versiyası US braces for Ida hurricane

Son xəbərlər

Orphus sistemi