Yuxarı
    Bağlamaq

    ABŞ prezidentliyinə namizədlərin seçki kampaniyasına xərclədikləri pulun məbləği açıqlanıb

    Bu məbləğin 66 milyon dollarını ABŞ-ın yeni seçilən prezidenti öz hesabından köçürüb

    Bakı. 9 dekabr. REPORT.AZ/ ABŞ yeni seçilən prezidenti, Respublikaçılar Partiyasının bu siyasi kampaniyadakı namizədi Donald Tramp seçki kampaniyasına 322 milyon dollar xərcləyib.

    “Report” TASS-a istinadən xəbər verir ki, bu açıqlamanı ABŞ-ın Seçki üzrə Federal Komissiyası yayıb.

    İnformasiyaya əsasən, Donald Trampın Demokratlardan olan rəqibi Hillari Klinton isə bu seçki kampaniyasına 565 milyon dollar xərcləyib.

    Məlumatda bildirilib ki, D.Trampın seçki kampaniyası fonduna ümumilikdə 340 milyon dollar ianə yığılıb. Bu məbləğin 66 milyon dollarını ABŞ-ın yeni seçilən prezidenti öz hesabından köçürüb.

    ABŞ-ın keçmiş dövlət katibi Hillari Klintonun seçki fonduna isə 581 miyon dollar ianə toplanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi