Demokrat Partiyasından ABŞ prezidentliyinə namizəd Con Hikenluper seçkiqabağı yarışı tərk edib.
"Report" xəbər verir ki, bu barədə siyasətçi özünün
"Bu səhər elan edirəm ki, daha prezidentliyə namizəd olmayacam. Hərçənd bu kampaniya bizim ümid etdiyimiz nəticəyə malik deyildi və mən kampaniyada komandamızı dəstəkləyən hamıya təşəkkür edirəm", - deyə o, özünün "Twitter" səhifəsində yazıb.
Hikenluper daha əvvəl Kolorado ştatının qubernatoru vəzifəsini icra edib. Hazırda daha 20 nəfər Demokrat Partiyasından vahid namizəd tərəfindən irəli sürülmək üçün mübarizəni davam etdirirlər.
Qeyd edək ki, Con Hikenluperin reytinqi 1%-dən aşağı idi.

