Yuxarı
    Bağlamaq

    ABŞ prezidentinin xanımı Ağ Evin nümayəndəsinin işindən narahatdır

    Melanya hesab edir ki, administrasiyada bir çox insanlar onunla maraqlanırlar, nəinki Trampla© Courtesy İmage

    Bakı. 21 may. REPORT.AZ/ ABŞ prezidenti Donald Trampın xanımı Melanya Tramp Ağ Evin rəsmi nümayəndəsi Şon Spayserin öz işinin öhdəsindən gələ bilməməsindən narahatdır.

    "Report"un məlumatına görə, bu barədə "Politico" xanım Trampla mütəmadi təmasda olan xarici müşavirə istinadən xəbər verib.

    "O, çox narahatdır ki, Spayser işinin öhdəsindən gələ bilmir. Spayser prezidentini qorunması üçün səy göstərmir" – deyə müşavir bildirib.

    Onun sözlərinə görə, Melanya "sapmalardan" narahatdır. ABŞ-ın birinci xanımı hesab edir ki, administrasiyada bir çox insanlar onunla maraqlanırlar, nəinki Trampla.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi