ABŞ prezidentinin qızının ailəsinin aktivləri 740 mln. dollar təşkil edir

ABŞ prezidentinin qızının ailəsinin aktivləri 740 mln. dollar təşkil edir "Financial Times": Tramp administrasiyasi ABŞ tarixində ən varlı prezident administrasiyalarından biridir
Digər ölkələr
1 Aprel , 2017 13:20
ABŞ prezidentinin qızının ailəsinin aktivləri 740 mln. dollar təşkil edir
Courtesy İmage

Bakı. 1 aprel. REPORT.AZ/ ABŞ prezidentin qızı İvanka Tramp və onun həyat yoldaşı Cared Kuşner ailəsinin aktivləri 740 mln. dollar təşkil edir.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə C.Kuşnerin vergi deklarasiyasında qeyd olunub.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp kürəkəni C.Kuşneri öz baş muşaviri təyin edib.

C.Kuşnerin və Ağ Evin digər işçilərinin vergi deklarasiyaları martın 31-də dərc olunub.

C.Kuşnerin vergi deklarasiyasına görə, İvanka Trampın parfumeriya və geyim biznesini aktivləri 50 mln. ABŞ dollar təşkil edir. Onun "Trump International Hotel"ində payı 5-25 mln. dollar dəyərindədir.

C.Kuşnerin vergi deklarasiyası 54 səhifədən ibarətdir. Sənəddə qeyd olunub ki, Kuşner və İvanka Trampın gəlirləri 2016-2017-ci ilin əvvəlində 195 mln. dollar təşkil edib.

"Financial Times" jurnalının məlumatına görə, Tramp administrasiyasi ABŞ tarixində ən varlı prezident administrasiyalarından biridir

Son xəbərlər

Orphus sistemi