ABŞ Prezidentinin köməkçisi türkiyəli həmkarı ilə İsveç və Finlandiyanı müzakirə edib

ABŞ Prezidentinin köməkçisi türkiyəli həmkarı ilə İsveç və Finlandiyanı müzakirə edib ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan Türkiyə liderinin rəsmi nümayəndəsi İbrahim Kalınla telefonla İsveç və Finlandiyanın NATO-ya üzv olmaq müraciətlərini, həmçinin Kiyevə dəstək və Ukraynanın kənd təsərrüfatı məhsullarının d
Digər ölkələr
31 May , 2022 03:36
ABŞ Prezidentinin köməkçisi türkiyəli həmkarı ilə İsveç və Finlandiyanı müzakirə edib
İbrahim Kalın

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan Türkiyə liderinin rəsmi nümayəndəsi İbrahim Kalınla telefonla İsveç və Finlandiyanın NATO-ya üzv olmaq müraciətlərini, həmçinin Kiyevə dəstək və Ukraynanın kənd təsərrüfatı məhsullarının dünyaya ixracı problemlərini müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

“Onlar Rusiyanın davam edən təcavüzü fonunda Ukraynaya davamlı dəstəyi, eləcə də Ukraynanın kənd təsərrüfatı məhsullarının qlobal bazara çıxarılması üçün hər iki tərəfin səylərini müzakirə ediblər”, - deyə məlumatda bildirilir.

Ceyk Sallivan Türkiyənin Finlandiya və İsveçlə davam edən birbaşa danışıqlarına dəstəyini ifadə edib.

Son xəbərlər

Orphus sistemi