ABŞ prezidentinin iqamətgahı yaxınlığında qadın skeleti aşkarlanıb

ABŞ prezidentinin iqamətgahı yaxınlığında qadın skeleti aşkarlanıb ABŞ-ın Federal Təhqiqat Bürosunun (FTB) müstəntiqləri qalıqlarları Merilenddə, Birləşmiş Ştatlar prezidentinin Kemp-Deviddəki şəhərkənarı iqamətgahdan 1 mil məsafədə piyada səkisi yaxınlığında tapılmış naməlum qadının meyitinin şəxsiyyətini müəyyən etməyə
Digər ölkələr
18 İyun , 2021 02:54
ABŞ prezidentinin iqamətgahı yaxınlığında qadın skeleti aşkarlanıb

ABŞ-ın Federal Təhqiqat Bürosunun (FTB) müstəntiqləri qalıqlarları Merilenddə, Birləşmiş Ştatlar prezidentinin Kemp-Deviddəki şəhərkənarı iqamətgahdan 1 mil məsafədə piyada səkisi yaxınlığında tapılmış naməlum qadının meyitinin şəxsiyyətini müəyyən etməyə çalışırlar.

Bu barədə “Report” “Fox News”a istinadən xəbər verir.

Qeyd edilir ki, ötən şənbə Katoktin-Mauntin parkında səyahətçilər qırmızı idman ayaqqabılarında (krasovka) qadının ayaq sümüyünü aşkar ediblər. Onun meyiti bütöv halda bir gün sonra tapılıb.

Meyitin üzərində heç bir toxuma qalmayıb. Tədqiqatçıların fikrincə, meyit orada 1-6 aya qədər qalıb. O, yüngül geyimdə olub. Bu, onu göstərir ki, qadının ölümü zamanı hava isti imiş.

Naməlum qadın qara idman kostyumunda olub. Meyitin yanında içində açar dəstinin olduğu “Puma” əl çantası tapılıb. Çantada bir neçə brelok var.

Müstəntiqlər hələ onun ölümünün səbəbini müəyyənləşdirməyiblər.

Son xəbərlər

Orphus sistemi