ABŞ prezidentinin İsrailə səfərinin tarixi açıqlanıb

ABŞ prezidentinin İsrailə səfərinin tarixi açıqlanıb Səfərdə onu xanımı Melanya Tramp, qızı İvanka Tramp və kürəkəni Cared Kuşner müşayiət edəcək
Digər ölkələr
18 May , 2017 19:48
ABŞ prezidentinin İsrailə səfərinin tarixi açıqlanıb

Bakı. 18 may. REPORT.AZ/ ABŞ Prezidenti Donald Tramp mayın 21-də İsrailə səfər edəcək.

“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, səfərdə onu xanımı Melanya Tramp, qızı İvanka Tramp və kürəkəni Cared Kuşner müşayiət edəcək.

Məlumatda İvanka Trampla Cared Kuşnerin iştirak edəcəyi və etməyəcəyi görüşlər barədə məlumat yayılmayıb.

Qeyd edək ki, Donald Tramp bir müddət əvvəl kürəkəninin Fələstin-İsrail münaqişəsinin həlli yollarının axtarılmasında fəal iştirak edəcəyinə inandığını bildirib. 

Son xəbərlər

Orphus sistemi