Yuxarı

​Amerika prezidenti xərçəngin birdəfəlik müalicəsini tapmağa çağırıb

Obama: Gəlin Amerikanı xərçəngə birdəfəlik qalib gələn ölkəyə çevirək

Bakı. 13 yanvar. REPORT.AZ/ ABŞ lideri Barak Obama Amerika Konqresi qarşısında prezident qismində son çıxışı zamanı bildirib ki, ölkədə daha mühüm problemləri həll etmək üçün innovasiya ruhunu dirçəltmək lazımdır.

"Report" xəbər verir ki, tədbir Ağ evin saytında canlı yayımlanır.

O qeyd edib ki, SSRİ 60 il əvvəl ABŞ-ı geridə qoyaraq səmaya peyk göndərəndə, elmi mübahisə və ya büdcənin azaldılması yox idi. Və 12 ildən sonra Amerika gəmisi Ayda eniş etdi.

Obama ölkənin görkəmli şəxsiyyətlərinin oynadıqları rolu qeyd edib və indi hər bir kəsin gözəl dünya yaratmağa can atmalı olduğunu bildirib.

Amerika prezidenti bununla əlaqədar olaraq vurğulayıb ki, növbəti məqsəd xərçəngə qalib gəlməkdir. Obama vitse-prezident Co Baydenin rəhbərlik edəcəyi yeni missiyanın yaradıldığını elan edib.

"İtirdiyimiz sevdiklərimiz, hələ də xilas edə biləcəyimiz ailəmiz üçün, gəlin Amerikanı xərçəngə birdəfəlik qalib gələn ölkəyə çevirək", - deyə o bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi