ABŞ prezidenti tezliklə Çin rəhbəri ilə telefonla danışacağına söz verib

ABŞ prezidenti tezliklə Çin rəhbəri ilə telefonla danışacağına söz verib ABŞ prezidenti Donald Tramp bildirib ki, tezliklə Çin Xalq Respublikasının sədri Si Çzinpinlə telefonla danışacaq.
Digər ölkələr
16 Avqust , 2019 02:53
ABŞ prezidenti tezliklə Çin rəhbəri ilə telefonla danışacağına söz verib

ABŞ prezidenti Donald Tramp bildirib ki, tezliklə Çin Xalq Respublikasının sədri Si Çzinpinlə telefonla danışacaq.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

"Bizim ən yaxın vaxtda danışığımız planlaşdırılıb", - deyə o jurnalistlərə bildirib.

Trampın sözlərinə görə, ticarət "müharibəsi" nə qədər uzun müddət davam edirsə, ABŞ iqtisadiyyatı da o qədər möhkəm olur. O, bununla yanaşı hesab edir ki, ticarət müharibəsi uzun müddət davam etməyəcək.

ABŞ və Çin arasında ticarət münaqişəsi avqustun ilk günlərində - Donald Trampın 1 sentyabrdan Amerikanın Çinin 300 milyard dollarlıq mallarına 10% rüsum tətbiq etmək niyyətini açıqlamasından sonra kəskinləşib. 

Daha əvvəl ABŞ prezidenti Donald Tramp "Twitter" vasitəsi ilə Çin liderinə Honkonqdakı vəziyyətlə bağlı görüş təklif edib.

Son xəbərlər

Orphus sistemi