Yuxarı

Obama bu ilin ən çox sevdiyi mahnı, serial, kitab və filminin adını açıqlayıb

​ABŞ prezidenti repə qulaq asır və Nikerboker xəstəxanası serialına baxır

Bakı. 10 dekabr. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama bitməkdə olan ilin ən çox sevdiyi mahnısı, serialı, kitab və filminin adını açıqlayıb.

"Report" "People"a istinadən xəbər verir ki, prezident amerikalı repçi Kendrik Lamarın "How Much a Dollar Cost" bəstəsini bəyənir.

Obama sevimli kitabı qismində yazıçı Loren Qroffun "Fates and Furies" romanının adını çəkib. O, həmçinin Amerika filmlərindən Mett Deymonun rol aldığı "Marslı" filmini qeyd edib.

ABŞ prezidentinin sevimli serialı isə "Nikerboker xəstəxanası" imiş.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi