Tramp və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Ər-Riyadda danışıqlar aparırlar - YENİLƏNİB
- 13 may, 2025
- 15:49
ABŞ Prezidenti Donald Tramp və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Al Səudun danışıqları iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə Ər-Riyadda keçirilir.
"Report" xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
ABŞ tərəfindən danışıqlarda, xüsusilə, ABŞ Hökumətinin Səmərəliliyi İdarəsinin (DOGE) rəhbəri İlon Mask, “OpenAI” şirkətinin rəhbəri Sem Altman və “Nvidia”nın rəhbəri Censen Huanq iştirak edirlər.
11:39
ABŞ Prezidenti Donald Tramp bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada gəlib.
“Report” xəbər verir ki, bu barədə ABŞ KİV-ləri məlumat yayıb.
Səudiyyə Ərəbistanının hava məkanında Trampın təyyarəsini üç “F-15” qırıcısı müşayiət edib. Onun Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Al Səud ilə görüşəcəyi gözlənilir.
Tramp Yaxın Şərq turnesi çərçivəsində çərşənbə günü Qətərə, cümə axşamı isə BƏƏ-yə gedəcək.
ABŞ mətbuatı xatırladır ki, bu, Trampın ikinci prezidentlik müddətində ilk böyük xarici səfəridir.