ABŞ prezidenti olmağa iddia edən Kruz və Keysik Trampa qarşı birləşmək qərarına gəlib

ABŞ prezidenti olmağa iddia edən Kruz və Keysik Trampa qarşı birləşmək qərarına gəlib Bu strategiya partiya qurultayında Trampın 1237 nümayəndədən səs toplaya bilməməsi məqsədi daşıyır
Digər ölkələr
25 Aprel , 2016 08:53
ABŞ prezidenti olmağa iddia edən Kruz və Keysik Trampa qarşı birləşmək qərarına gəlib

Bakı. 25 aprel. REPORT.AZ/ Respublikaçılar partiyasından ABŞ prezidenti olmağa iddia edən Ted Kruz və Con Keysik yarışmada favorit olan Donald Trampa qarşı birləşmək qərarına gəliblər.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hər iki namizədin ofisi bəyanatla çıxış edərək, qalan praymerizlərdə qələbəyə daha çox şansı olan namizədin xeyrinə güzəştə gedəcəklərini bildiriblər. Bu yolla T.Kruz İndiana, C.Keysik isə Oreqon və Nyu Meksiko ştatlarına diqqəti artıracaq.

Bu strategiya partiya qurultayında D.Trampın 1237 nümayəndədən səs toplaya bilməməsi məqsədi daşıyır. Əks-təqdirdə, belə nəticəylə milyarder avtomatik olaraq Respublikaçılar partiyasından ABŞ prezidenti olmağa nazmizədə çevriləcək.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri bu il noyabrın 8-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi