Donald Tramp NATO-nu səmərəli hesab etmir və onun işindən narazıdır

Donald Tramp NATO-nu səmərəli hesab etmir və onun işindən narazıdır Tramp ABŞ-ın alyansa verdiyi töhfə və ondan aldığı fayda fonunda gördüklərindən narazıdır
Digər ölkələr
25 Yanvar , 2017 01:56
Donald Tramp NATO-nu səmərəli hesab etmir və onun işindən narazıdır

Bakı. 25 yanvar. REPORT.AZ/ ABŞ-ın yeni prezidenti Donald Tramp Şimali Atlantika Alyansının fəaliyyətindən narazıdır və NATO-nu hazırkı şəkildə səmərəli hesab etmir.

"Report" xəbər verir ki, bunu jurnalistlər üçün keçirilən brifinqdə Ağ Evin mətbuat katibi Şon Spayser deyib.

"Tramp artıq dəfələrlə və açıq şəkildə bildirib ki, NATO hazırkı quruluşda faydalı iş əmsalı baxımından missiyasını lazımınca yerinə yetirmir və xüsusilə səmərəli deyil", - deyə Amerika prezidenti administrasiyasının rəsmi nümayəndəsi bildirib.

Spayserin sözlərinə görə, Tramp ümumilikdə ABŞ-ın alyansa verdiyi töhfə və ondan aldığı fayda fonunda gördüklərindən narazıdır.

Son xəbərlər

Orphus sistemi