ABŞ prezidenti mühacirlərin "sərt şəkildə yoxlanması" barədə fərman imzalayıb

ABŞ prezidenti mühacirlərin "sərt şəkildə yoxlanması" barədə fərman imzalayıb Məqsəd ABŞ-ı radikal "islam" terrorçulardan qorumaqdır
Digər ölkələr
28 Yanvar , 2017 03:00
ABŞ prezidenti mühacirlərin sərt şəkildə yoxlanması barədə fərman imzalayıb

Bakı. 28 yanvar. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Pentaqona səfəri zamanı mühacirlərə qarşı yeni "sərt yoxlama tədbirləri"nin tətbiq edilməsinə dair fərman imzalayıb.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, Amerika lderinin sözlərinə görə, sənədi imzalamaqda məqsəd ölkəni terrorçulardan qorumaqdır.

"Biz ABŞ-ı radikal "islam" terrorçularından qorumağa yönəlmiş yeni yoxlama tədbirləri müəyyən edirik. Biz onların burada peyda olmasını istəmirik. Biz kişi və qadınlarımızın xaricdə mübarizə apardıqları həmin təhlükələrin ölkəmizə buraxılmadığını zəmanət altına almaq istəyirik", - deyə Tramp bildirib.

ABŞ prezidentinin sözlərinə görə, o, ABŞ-a yalnız ölkəni dəstəkləyənləri qəbul etmək istəyir.

Son xəbərlər

Orphus sistemi