ABŞ prezidenti mayda NATO-ya üzv ölkələrin liderləri ilə görüşəcək

ABŞ prezidenti mayda NATO-ya üzv ölkələrin liderləri ilə görüşəcək Bu barədə ağ evin məlumatında bildirilir
Digər ölkələr
6 Fevral , 2017 06:54
ABŞ prezidenti mayda NATO-ya üzv ölkələrin liderləri ilə görüşəcək

Bakı. 6 fevral. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp NATO-nun baş katibi Yens Stoltenberqlə telefon söhbəti zamanı mayda alyansa üzv dövlətlərin liderləri ilə ənənəvi görüşdə iştirak etməyə razılıq verib.

"Report" xəbər verir ki, bu barədə Ağ evin bəyanatına istinadən "Reuters" məlumat yayıb.

"Prezident Tramp mayda Avropada keçiriləcək NATO liderlərinin görüşündə iştirak etməyə razılıq verib", — deyə bəyanatda bildirilir.

Son xəbərlər

Orphus sistemi