ABŞ prezidenti Las-Veqasa gedəcək

ABŞ prezidenti Las-Veqasa gedəcək Ölkə ərazisində milli matəm elan olunub, bayraqlar endirilib
Digər ölkələr
2 Oktyabr , 2017 19:42
ABŞ prezidenti Las-Veqasa gedəcək

Bakı. 2 oktyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp oktyabrın 4-də Las-Veqas şəhərinə gedəcək. 

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, o, bu barədə oktyabrın 2-də keçirdiyi mətbuat konfransında məlumat verib. 

“Mən oktyabrın 4-də hüquq-mühafizə orqanlarının nümayəndələri və fövqəladə xidmətin işçiləri ilə, həmçinin ölənlərin və yaralıların ailə üzvləri ilə görüşmək üçün Las-Veqasa yollanacağam”, - D.Tramp bildirib. 

ABŞ prezidenti ölkə ərazisində milli matəm elan olunduğunu, bayraqların yarıyadək endirildiyini də vurğulayıb. 

Xatırladaq ki, oktyabrın 2-nə keçən gecə Las-Veqasda "Route 91" kantri-musiqi festivalı zamanı silahlı şəxs mehmanxananın eyvanından insan izdihamını atəşə tutub. Nəticədə 50 nəfər ölüb, 406 nəfər yaralanıb. Bu, ABŞ tarixində ən ölümcül atışma hadisəsidir.

Son xəbərlər

Orphus sistemi