ABŞ Prezidenti İsveç və Finlandiyanın NATO-ya sürətlə üzv olmasını dəstəkləyir

ABŞ Prezidenti İsveç və Finlandiyanın NATO-ya sürətlə üzv olmasını dəstəkləyir ABŞ prezidenti Cozef Bayden NATO-nun baş katibi Yens Stoltenberqlə görüşündə təhlükəsizlik sahəsində bütün müttəfiqlərin maraqları nəzərə alınmaqla Finlandiya və İsveçin NATO-ya qoşulması prosesinin sürətlə davam etməsi üçün səyləri dəstəklədiyini bildiri
Digər ölkələr
3 İyun , 2022 02:13
ABŞ Prezidenti İsveç və Finlandiyanın NATO-ya sürətlə üzv olmasını dəstəkləyir

ABŞ prezidenti Cozef Bayden NATO-nun baş katibi Yens Stoltenberqlə görüşündə təhlükəsizlik sahəsində bütün müttəfiqlərin maraqları nəzərə alınmaqla Finlandiya və İsveçin NATO-ya qoşulması prosesinin sürətlə davam etməsi üçün səyləri dəstəklədiyini bildirib.

“Report”un məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

Görüşdə ABŞ-ın vitse-prezidenti Kamala Harris də iştirak edib. Bayden, Harris və Stoltenberq Rusiyanın Ukraynadakı müharibəsinin transatlantik təhlükəsizliyə təsirini, həmçinin NATO-nun çəkindirmə və müdafiə qabiliyyətini gücləndirməyin vacibliyini müzakirə ediblər.

“Onlar, həmçinin Finlandiya və İsveçin NATO-ya üzvlük müraciətlərini alqışladılar və Prezident Bayden Baş Katib Stoltenberqin bütün müttəfiqlərin təhlükəsizlik problemlərini həll edən sürətli üzvlük prosesini asanlaşdırmaq səylərinə güclü dəstəyini ifadə etdi”, - bəyanatda deyilir.

Son xəbərlər

Orphus sistemi