ABŞ prezidenti həyat yoldaşı ilə olan münasibətlərindən danışıb

ABŞ prezidenti həyat yoldaşı ilə olan münasibətlərindən danışıb Bakı. 26 iyun. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp bildirib ki, həyat yoldaşı Melanya ilə heç vaxt indiki kimi yaxşı münasibətdə olmayıb.
Digər ölkələr
26 İyun , 2018 06:57
ABŞ prezidenti həyat yoldaşı ilə olan münasibətlərindən danışıb

Bakı. 26 iyun. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp bildirib ki, həyat yoldaşı Melanya ilə heç vaxt indiki kimi yaxşı münasibətdə olmayıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, o bunu çərşənbə axşamı Cənubi Karolina ştatında tərəfdarları ilə görüşü zamanı deyib.

"Biz heç vaxt indiki kimi bir-birini başa düşməmişik. Bizim heç zaman indiki qədər vaxtımız olmayıb. Və heç vaxt sorğuların nəticələri indiki qədər yüksək olmayıb. Hətta "Gallup" üzrə", - deyə prezident əlavə edib.

Tramp həyat yoldaşı böyrəyindən əməliyyat olunan zaman onun guya üzünü dartdırdığını və ya ərini ataraq Nyu-Yorka, yaxud da Virciniyaya köçdüyünü yazan kütləvi informasiya vasitələrini də tənqid edib.

Son xəbərlər

Orphus sistemi