ABŞ prezidenti gözlənilmədən Əfqanıstana səfər edib - FOTO

ABŞ prezidenti gözlənilmədən Əfqanıstana səfər edib - FOTO ABŞ prezidenti Donald Tramp gözlənilmədən Əfqanıstana səfər edib.
Digər ölkələr
128
28 Noyabr , 2019 23:08
ABŞ prezidenti gözlənilmədən Əfqanıstana səfər edib  - FOTO

ABŞ prezidenti Donald Tramp gözlənilmədən Əfqanıstana səfər edib.

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Qeyd edilir ki, ABŞ dövlət başçısı Əfqanıstan prezidenti Əşrəf Qəni ilə görüşüb. 

"Reuters"in yaydığı fotoda Donald Trampın həmçinin hərbçilərlə nahar etdiyi əks olunur.

Qeyd edək ki, ABŞ lideri ötən həftə Əfqanıstan prezidenti ilə telefon vasitəsilə danışıq aparıb. Tramp Əşrəf Qənini Vaşinqtona rəsmi səfərə dəvət edib.

Dövlət başçıları həmçinin radikal "Taliban" hərəkatı ilə sülhə nail olunmasına dair planın 7 maddəsini müzakirə ediblər. 

ABŞ prezidenti "Taliban"ın oğurladığı ABŞ və Avstraliya professorların azad edilməsinə görə, Əfqanıstan prezidentinə təşəkkür edib. Bu, Trampın Əfqanıstana ilk səfəridir.

Son xəbərlər

Orphus sistemi