Yuxarı

ABŞ prezidenti gələn ay Efiopiyaya səfər edəcək

Obama daha əvvəl Qana, Seneqal,Tanzaniya və Cənubi Afrika Respublikasında səfərdə olub.

Bakı. 20 İyun. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama gələn ay Efiopiyaya səfər edəcək. 

"Report"un Amerikanın səsinə istinadən verdiyi xəbərə görə, ABŞ prezidenti 2015-Qlobal Sahibkarlıq Sammitinə qatılacaq. ABŞ dövlət başçısı hökumət rəsmiləri və Avropa Birliyinin liderləri ilə görüşlər keçirəcək.

Bu, Barak Obamanın atasının vətəni Keniyaya prezident statusunda ilk səfəri olacaq. O, daha əvvəl Keniyanı ABŞ senatoru ikən ziyarət etmişdi.

Obama daha əvvəl Qana, Seneqal,Tanzaniya və Cənubi Afrika Respublikasında səfərdə olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi