ABŞ Prezidenti Donald Tramp bildirib ki, o və birinci xanım Melanya Tramp COVID-19-a yoluxub.
Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.
Qeyd edək ki, ABŞ prezidenti daha əvvəl məsləhətçisi Xoup Xiksdə koronavirusun aşkarlanmasından sonra özünün verdiyi COVID-19 testinin nəticəsini gözlədiyinə görə karantinə getdiyini açıqlayıb.
"Çox, hətta kiçik fasilələrsiz işləyən Xoup Xiks yenicə COVID-19 üçün müsbət test verdi. Dəhşət! Biz birinci xanımla öz testlərimizin nəticələrini gözləyirik. Beləliklə, biz karantin prosesinə başlayacağıq!" - deyə Tramp "Twitter"də yazıb.
Bundan əvvəl isə Trampın məsləhətçisi Xoup Xiksə COVID-19 diaqnozu qoyulub. ABŞ liderinin ən yaxın köməkçilərindən olan Xiks çərşənbə axşamı Klivlendə müzakirələrə səfər zamanı, habelə Minnesota ştatında mitinqdə onu müşayiət edib.