ABŞ prezidenti Donald Tramp bildirib ki, məsləhətçisi Xoup Xiksdə koronavirusun aşkarlanmasından sonra özünün verdiyi COVID-19 testinin nəticəsini gözlədiyinə görə karantinə gedib.
“Report” xəbər verir ki, bu barədə ABŞ prezidenti özünün sosial şəbəkədəki hesabında yazıb.
"Çox, hətta kiçik fasilələrsiz işləyən Xoup Xiks yenicə COVID-19 üçün müsbət test verdi. Dəhşət! Biz birinci xanımla öz testlərimizin nəticələrini gözləyirik. Beləliklə, biz karantin prosesinə başlayacağıq!" – deyə Tramp “Twitter”də yazıb.
Qeyd edək ki, Donald Trampın məsləhətçisi Xoup Xiksə COVID-19 diaqnozu qoyulub. ABŞ liderinin ən yaxın köməkçilərindən olan Xiks çərşənbə axşamı Klivlendə müzakirələrə səfər zamanı, habelə Minnesota ştatında mitinqdə onu müşayiət edib. Ancaq mənbələr qeyd edib ki, Ağ Ev başçısının koronavirusa yoluxub-yoluxmaması ilə bağlı hər hansı xəbər yoxdur.