ABŞ polisi "Sabah Floridanın ikinci raundudur" - sözlərini yazan məktəblini həbs edib

ABŞ polisi "Sabah Floridanın ikinci raundudur" - sözlərini yazan məktəblini həbs edib Bakı. 16 fevral. REPORT.AZ/ ABŞ-da polis məktəblini həbs edib.
Digər ölkələr
16 Fevral , 2018 07:23

Bakı. 16 fevral. REPORT.AZ/ ABŞ-da polis məktəblini həbs edib.

"Report" xəbər verir ki, bu barədə "WAFB" məlumat yayıb.

Bildirilir ki, hadisə Cənubi Karolinada, orta məktəbdə baş verib. Buna səbəb məktəblilərdən birinin silahla şəkil çəkdirərək, "Sabah Floridanın ikinci raundudur" sözlərini yazması olub. O, polis tərəfindən həbs olunub.

Bəzi internet istifadəçiləri bildiriblər ki, yeniyetmə oxşar zarafat üçün çox pis vaxt seçib. Digərləri hesab edir ki, o, dərhal səlahiyyətli orqanlar tərəfindən yoxlanılmalıdır.

Qeyd edək ki, fevralın 14-də ABŞ-da 19 yaşlı oğlan məktəblilərə atəş açıb. Nəticədə 17 nəfər ölüb. 

Son xəbərlər

Orphus sistemi