ABŞ-da polis əməkdaşları Konqresinin pilləkənlərində dayanan etirazçları sıxışdırıb.
“Report” xəbər verir ki, bu barədə NBC telekanalı bildirib.
Yayılmış videokadrlarda polislərin etirazçılardan pillələrdən aşağı enməyi xahiş edikləri əks olunur. ABŞ-ın hazırkı prezidenti Donald Trampın tərəfdarları asayiş keşikiçilərinin tələblərinə tabe olublar.
Kadrlarda polis əməkdaşlarının bir çoxunun əlində avtomatın olduğu görünür. Onlar xüsusi müdafiə vasitəsi geyiniblər.
NBC telekanalı isə xəbər verib ki, Konqresin binasına xüsusi zirehli texnika gəlib.
Hazırda Kapitolinin yanında vəziyyət sabitləşib. Etirazçılar daha özlərini aqressiv aparmırlar, onların bir çoxu dağılmağa başlayıb.
Polis Vaşinqtonda etirazların gedişatında azı 13 nəfərin saxlanıldığını bildirib. "Biz 13-dən çox saxlanılmanın şahidiyik", - Kolumbiya dairəsi polisinin rəhbəri Robert Konti bildirib.
Polisin məlumatına görə, saxlanılanların hamısı Vaşinqtona digər şəhərlərdən gələnlərdir.
CNN isə qarışıqlıqlarla əlaqədar Kapitoli polisinin 20 nəfəri saxladığını xəbər verib.