ABŞ "Orta və kiçik mənzilli raketlərin ləğvi" müqaviləsindən çıxır

ABŞ "Orta və kiçik mənzilli raketlərin ləğvi" müqaviləsindən çıxır Bakı. 1 fevral. REPORT.AZ/ Fevralın 2-dən ABŞ hökuməti Orta və kiçik mənzilli raketlərin ləğvi müqaviləsində iştirakını dayandırır.
Digər ölkələr
1 Fevral , 2019 19:44
ABŞ Orta və kiçik mənzilli raketlərin ləğvi müqaviləsindən çıxır

Bakı. 1 fevral. REPORT.AZ/ Fevralın 2-dən ABŞ hökuməti "Orta və kiçik mənzilli raketlərin ləğvi" müqaviləsində iştirakını dayandırır.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Maykl Pompeo bildirib.

O, Rusiyanın müqavilənin şərtlərinə əməl etmədiyini və bunun nəticəsində iki ölkə arasında münasibətləri yaxşılaşdırmaq imkanlarının aradan qalxdığını diqqətə çatdırıb.

“ABŞ Rusiyadan müqavilə şərtlərini pozduğunu düşündüyümüz yerdən buraxılan qanadlı raketi ləğv etməyi istəyir”, - deyə əlavə edən Ağ Ev rəsmisi bununla yanaşı, silahlara nəzarət məsələsində Rusiya ilə dialoqa hazır olduqlarını da qeyd edib.

Son xəbərlər

Orphus sistemi