ABŞ ordusunun Liviyada keçirdiyi anti-terror əməliyyatı başa çatıb

ABŞ ordusunun Liviyada keçirdiyi anti-terror əməliyyatı başa çatıb Əməliyyat zamanı terrorçuların mövqeyinə havadan 495 dəqiq zərbə endirilib
Digər ölkələr
21 Dekabr , 2016 10:39
ABŞ ordusunun Liviyada keçirdiyi anti-terror əməliyyatı başa çatıb

Bakı. 21 dekabr. REPORT.AZ/ “ABŞ Silahlı Qüvvələrinin Liviyada “Odissey şimşəyi” adı altında terrorçu İŞİD-ə qarşı keçirdiyi əməliyyat başa çatıb”.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, məlumatı ABŞ Silahlı Qüvvələrinin Afrikadakı komandanlığı yayıb.

Komandanlıq bəyan edib ki, əməliyyat məqsədinə çatıb: “Milli barışıq hökuməti ilə əlaqəli şəkildə həyata keçirilən əməliyyat nəticəsində İŞİD ölkənin Sirt bölgəsindən çıxarılıb. Ümumilikdə, terrorçuların mövqeyinə havadan 495 dəqiq zərbə endirilib”.

Məlumata görə, əməliyyat zamanı terrorçu qruplaşmanın əlində olan minalanmış yük avtomobilləri, ağır silahlı texnika və tanklar, komanda mərkəzi, eləcə də döyüş mövqeləri bombalanıb. 

Son xəbərlər

Orphus sistemi