ABŞ-nin Missuri ştatının qubernatoru Milli Qvardiyanın əsgərlərini Texasa köməyə göndərir

ABŞ-nin Missuri ştatının qubernatoru Milli Qvardiyanın əsgərlərini Texasa köməyə göndərir ABŞ-nin Missuri ştatının qubernatoru Mayk Parson Texas hakimiyyətinə sərhədi qorumaq üçün Milli Qvardiyanın əsgərlərini göndərəcəyini bildirib.
Digər ölkələr
21 fevral 2024 04:54
ABŞ-nin Missuri ştatının qubernatoru Milli Qvardiyanın əsgərlərini Texasa köməyə göndərir

ABŞ-nin Missuri ştatının qubernatoru Mayk Parson Texas hakimiyyətinə sərhədi qorumaq üçün Milli Qvardiyanın əsgərlərini göndərəcəyini bildirib.

“Report” bu barədə xarici KİV-ə istinadən xəbər verir.

"Mart ayından etibarən Missuridən ilk patrul orada olacaq. Əvvəlcə 11 zabit olacaq. Milli Qvardiya üzvlərinin ilkin yerləşdirilməsinin martın 10-da başlayacağını gözləyirik", - Parson mətbuat konfransında deyib.

Missuri rəhbəri əməliyyatın ilkin olaraq 90 gün davam edəcəyini bildirib.

Parson qeyd edib ki, onun dövləti üçün təhlükə sərhəddən axan fentanil narkotikidir.

ABŞ qeyri-qanuni miqrasiyanın rekord səviyyələrini qeydə alır, sərhəd rəsmiləri keçən dekabr ayında 302 000 qeyri-qanuni sərhəd keçidini qeydə alıblar ki, bu da bir ayda ən böyük rəqəmdir.

Son xəbərlər

Orphus sistemi