ABŞ Nikaraquanın rəsmi şəxslərini “qara siyahı”ya salıb

ABŞ Nikaraquanın rəsmi şəxslərini “qara siyahı”ya salıb ABŞ hakimiyyəti Nikaraqua Baş Prokurorluğuna, eləcə də bu ölkənin 9 rəsmisinə qarşı sanksiyalar tətbiq edib.
Digər ölkələr
15 Noyabr , 2021 21:39
ABŞ Nikaraquanın rəsmi şəxslərini “qara siyahı”ya salıb
0 : 00
0 : 00

ABŞ hakimiyyəti Nikaraqua Baş Prokurorluğuna, eləcə də bu ölkənin 9 rəsmisinə qarşı sanksiyalar tətbiq edib.

“Report” xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin yaydığı press-relizdə deyilir.

Qeyd olunub ki, sanksiyalar Nikaraquada saxta milli seçkilərə cavab olaraq tətbiq edilir.

“Qara siyahı”da adı olanlar arasında, energetika və mədənlər naziri Salvador Mansel, həmçinin Nikaraquanın bir sıra şəhərlərinin merləri də var.

Sanksiyalar siyahısına daxil edilən şəxslərin Birləşmiş Ştatlardakı aktivləri dondurulur, Amerika vətəndaşlarına və ya şirkətlərinə onlarla əməkdaşlıq etməsinə qadağa qoyulur.

Son xəbərlər

Orphus sistemi