Vaşinqton Nepalda bərpa səylərinə əlavə 10 milyon dollar ayırır

Vaşinqton Nepalda bərpa səylərinə əlavə 10 milyon dollar ayırır Los-Anjeles şəhərində xüsusi təlim keçmiş yanğınsöndürənlər dəstəsi də Nepala göndərilir
Digər ölkələr
28 Aprel , 2015 03:25
Vaşinqton Nepalda bərpa səylərinə əlavə 10 milyon dollar ayırır

Bakı. 28 aprel. REPORT.AZ/ ABŞ Dövlət katibi Con Kerri Birləşmiş Ştatların Nepalda zəlzələdən sonra bərpa səylərinə əlavə 10 milyon dollar ayırdığını elan edib.

"Report" Amerikanın Səsinə istinadən xəbər verir ki, ABŞ-ın Beynəlxalq İnkişaf agentliyinin bəyanatında deyilir ki, bu vəsaitdən axtarış və xilasetmə işləri, təcili olaraq sığınacaq, su və sanitariya vasitələrilə təmin edilməsində istifadə ediləcək. USAİD-in bəyanatında deyilir ki, maliyyə yardımı Nepalda uzun müddət üçün bərpa işlərinə, davamlı tərəfdaşlıq münasibətlərinin yaradılması və inkişafa xidmət edəcək.

ABŞ-ın təcili hallarda ayırdığı yardıma əsasən, Virciniya ştatında yerləşən zəlzələdən sonra xilasetmə dəstəsi USAİD təşkilatının bir neçə rəsmisi ilə Nepala göndərilir. Xüsusi hallarda fəaliyyət göstərən bu xilasetmə dəstəsinin 56 üzvü var.

Xilasetmə qrupunun üzləri dağıtılar altında qalmış insanların axtarışı, onların dağıtılar altından çıxarılması və ilkin tibb yardımın göstərilməsi üçün insanların dərhal tibbi mərkəzlərə çatdırılmasını təmin edəcək.

Zəlzələdən sonra axtarış və bərpa işlərinə yardım məqsədilə Kaliforniya ştatının Los-Anjeles şəhərində xüsusi təlim keçmiş yanğınsöndürənlər dəstəsi də Nepala göndərilir.   

Son xəbərlər

Orphus sistemi