ABŞ müstəqilliyinin 246-cı ildönümü atəşfəşanlıqla qeyd edilib

ABŞ müstəqilliyinin 246-cı ildönümü atəşfəşanlıqla qeyd edilib ABŞ-da hər il iyulun 4-də qeyd olunan Müstəqillik Günü münasibətilə bu il də paytaxt Vaşinqton və Nyu-Yorkda böyük atəşfəşanlıq nümayiş etdirilib.
Digər ölkələr
5 İyul , 2022 08:22
ABŞ müstəqilliyinin 246-cı ildönümü atəşfəşanlıqla qeyd edilib

ABŞ-da hər il iyulun 4-də qeyd olunan Müstəqillik Günü münasibətilə bu il də paytaxt Vaşinqton və Nyu-Yorkda böyük atəşfəşanlıq nümayiş etdirilib.

“Report”un yerli bürosu xəbər verir ki, pandemiya səbəbi ilə ötən illər məhdud şəkildə təşkil olunan hava fişəng nümayişinə bu il milyonlarla insan qatılıb.

Tarixi gün paytaxt Vaşinqtonda ABŞ Konqresi binasının və Linkoln abidəsinin olduğu geniş ərazidə qeyd olunub. Linkoln Memorialının ətrafında başlayan atəşfəşanlıq bir saat ərzində davam edib.

Bayram üçün ənənəvi olaraq hər il təşkil olunan dünyanın ən böyük atəşfəşanlıq şousunun digər bir mərkəzi Nyu-York şəhərinin şərq çayının sahilləri olub.

Nyu-Yorkun Tayms meydanından başlayaraq şəhərin Kuins və Manhetten adasının sahillərindən şərq çayı boyunca Bruklin və Manhetten körpüsünün ətrafında baş tutan rəngarəng atəşfəşanlıq şousu İmperiya Dövlət Binasında ("Empire State Building") sona çatıb.

Nyu-York polis departamenti tərəfindən təşkil olunan rəngarəng şou küçələrdə qoyulan nəhəng monitorlarda və yerli televiziya kanalları ilə canlı yayımlanıb.

Qeyd edək ki, iyulun 4-ü Birləşmiş Ştatlarda 1776-cı ildə ölkənin Böyük Britaniyadan müstəqilliyini elan edən ABŞ Müstəqillik Bəyannaməsinin qəbulu günü kimi qeyd olunur. Amerikalıların əksəriyyəti bu bayramı sadəcə onun tarixinə görə “Dörd iyul” adlandırırlar.

Son xəbərlər

Orphus sistemi