ABŞ müdafiə nazirinin son durumu açıqlanıb: "Özünü pis hiss edir"

ABŞ müdafiə nazirinin son durumu açıqlanıb: "Özünü pis hiss edir" ABŞ müdafiə naziri Lloyld Ostinin (Pentaqon rəhbəri) son durumu məlum olub.
Digər ölkələr
9 Yanvar , 2024 09:06
ABŞ müdafiə nazirinin son durumu açıqlanıb: Özünü pis hiss edir

ABŞ-nin müdafiə naziri (Pentaqon rəhbəri) Lloyd Ostinin son durumu məlum olub.

“Report” xəbər verir ki, bu barədə Pentaqondan məlumat verilib.

Bildirilib ki, o, Merilend ştatındakı Uolter Rid Milli Tibb Mərkəzindədir: “Ostin artıq reanimasiyada deyil. Amma hələ də özünü pis hiss etməkdə davam edir. Buna baxmayaraq, proqnozlar yaxşıdır”.

Nazirin evə buraxılacağı tarix məlum deyil.

Qeyd edək ki, 70 yaşlı nazir səhhətindəki problemlərlə əlaqədar yanvarın 1-də xəstəxanaya yerləşdirilib. O, 4 gün reanimasiya şöbəsində qalıb.

Bundan əvvəl “Politico” qəzeti yazıb ki, ABŞ Müdafiə Nazirliyi Ostinin harada olması barədə məlumatları üç gün ərzində Ağ Evdən gizli saxlayıb.

Son xəbərlər

Orphus sistemi