Yuxarı

Pentaqon rəhbəri Cənubi Çin Dənizindəki aviadaşıyıcı gəmini ziyarət edib

Spratli Arxepelaqında rifləri adalara çevirən Pekin süni yaradılmış torpaqlarda yollar və obyektlər salır

Bakı. 6 noyabr. REPORT.AZ/ ABŞ müdafiə naziri Eşton Karter Cənubi Çin Dənizindəki aviadaşıyıcı "Teodor Ruzvelt" gəmisini ziyarət edib.

"Report" "Amerikanın Səsi"nə istinadən xəbər verir ki, Karter və onun malaziyalı həmkarı hərbi təyyarə daşıyan gəmini nəzarətdən keçirib və Dəniz donanması zabitlərindən Malaziya sahillərində keçirilən manevrlar barədə məlumat alıb.

Spratli Arxepelaqında rifləri adalara çevirən Pekin süni yaradılmış torpaqlarda yollar və obyektlər salır. Beləliklə, Filippin, Vyetnam, Tayvan və regiondakı başqa Asiya dövlətlərinin ərazi iddialarına məhəl qoyman Çinin bu siyasəti ABŞ-ın tənqidinə səbəb olub.

Rəsmi Vaşinqton Pekini Cənub Çin Dənizində inşaat işlərini dayandırmağa çağırıb və Çinin bu addımını regionda sabitliyi pozmaq cəhdi kimi qiymətləndirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi