ABŞ Moldovaya hərbi yardım göndərib

ABŞ Moldovaya hərbi yardım göndərib ABŞ-ın Kişinyovdakı səfirliyi 2019-cu ildə imzalanmış müqavilə çərçivəsində Moldovaya hərbi yardım partiyasının çatdırıldığını açıqlayıb.
Digər ölkələr
1 avqust 2023 20:48
ABŞ Moldovaya hərbi yardım göndərib

ABŞ-ın Kişinyovdakı səfirliyi 2019-cu ildə imzalanmış müqavilə çərçivəsində Moldovaya hərbi yardım partiyasının çatdırıldığını açıqlayıb.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

“ABŞ-ın Moldova Milli Ordusuna göndərdiyi hərbi texnikanın çatdırılması baş tutacaq”, - səfirliyin feysbuk hesabında bildirilir.

Bildirilir ki, texnika hava yolu ilə Moldovaya gələcək və ölkənin müdafiə qabiliyyətini artıracaq.

Səfirliyin məlumatına görə, son bir neçə onillikdə ABŞ Moldova hökumətinin tələbi ilə təxminən 123 milyon dollar dəyərində hərbi yardım göndərib.

Son xəbərlər

Orphus sistemi