ABŞ Moldova ordusunun modernləşdirilməsinə dəstək verəcək

ABŞ Moldova ordusunun modernləşdirilməsinə dəstək verəcək ABŞ Moldova ordusunun modernləşdirilməsinə dəstək verməyə hazırdır.
Digər ölkələr
1 May , 2022 05:43
ABŞ Moldova ordusunun modernləşdirilməsinə dəstək verəcək

ABŞ Moldova ordusunun modernləşdirilməsinə dəstək verməyə hazırdır.

"Report" xəbər verir ki, bu barədə Moldova Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bu məsələ ABŞ senatoru Stiv Deynslə Moldovanın müdafiə naziri Anatoli Nosatıy arasında görüş zamanı müzakirə edilib.

Görüş zamanı tərəflər regional təhlükəsizlik məsələləri, ikitərəfli hərbi əməkdaşlıq və strateji dialoq çərçivəsində iki ölkə arasında tərəfdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.

“Stiv Deyns ölkəsinin Milli Ordunun modernləşdirilməsi üzrə səyləri dəstəkləməyə hazır olduğunu bir daha təsdiqləyib”, - məlumatda bildirilir.

Bundan əvvəl Moldovanın keçmiş baş naziri Yuri Leanka demişdi ki, Rusiya ordusu onun sərhədlərinə yaxınlaşarsa, ölkəsi Rumıniya ilə birləşməli olacaq.

Son xəbərlər

Orphus sistemi