ABŞ Milli Təhlükəsizlik Şurasının daha 4 əməkdaşı istefa verib

ABŞ Milli Təhlükəsizlik Şurasının daha 4 əməkdaşı istefa verib Bu barədə ABŞ administrasiyasındakı mənbəyə istinadən “Reuters” agentliyi məlumat yayıb.
Digər ölkələr
8 Yanvar , 2021 11:39
ABŞ Milli Təhlükəsizlik Şurasının daha 4 əməkdaşı istefa verib

Ağ Ev yanında Milli Təhlükəsizlik Şurasının (MTŞ) daha 4 yüksək vəzifəli məmuru yanvarın 6-da Vaşinqtonda baş vermiş iğtişaşlardan sonra vəzifələrini tərk edib.

“Report” xəbər verir ki, bu barədə ABŞ administrasiyasındakı mənbəyə istinadən “Reuters” agentliyi məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın nəqliyyat naziri Eleyn Çao və təhsil naziri Betsi Devos iğtişaşlar fonunda istefa vermişdi. ABŞ-ın Şimali İrlandiyadakı xüsusi elçisi, əvvəllər Ağ Evin əməkdaşlar departamentinə rəhbərlik etmiş Mik Malveni də analoji addımı atıb.

Xatırladaq ki, ABŞ-da iğtişaşlar yanvarın 6-da hazırkı prezident Donald Tramp tərəfdarlarının Konqresə basqınından sonra başlayıb. Nümayişçilər yekunda binaya soxulmağı bacarıb və nəticədə iclasdakı parlamentariləri təcili olaraq təxliyə etmək lazım gəlib. Kapitolidə qarşıdurmalar zamanı dörd nəfər ölüb. Sonda Konqres toplantısı davam etdirilib və qanunvericilər demokrat Cozef Baydenin prezident seçkisini qazandığını təsdiqləyib. Yanvarın 20-də ABŞ-ın yeni prezidentinin andiçmə mərasimi keçiriləcək.

Son xəbərlər

Orphus sistemi