ABŞ-də Bayden və Harrisə qarşı sui-qəsd cəhdləri ilə bağlı Maskın paylaşımı araşdırılır

ABŞ-də Bayden və Harrisə qarşı sui-qəsd cəhdləri ilə bağlı Maskın paylaşımı araşdırılır ABŞ Məxfi Xidməti İlon Maskın sosial şəbəkədə Prezident Cozef Bayden və vitse-prezident Kamala Harrisə təhdid kimi qiymətləndirilə bilən paylaşımı ilə bağlı araşdırmaya başlayıb.
Digər ölkələr
20 Sentyabr , 2024 11:34
ABŞ-də Bayden və Harrisə qarşı sui-qəsd cəhdləri ilə bağlı Maskın paylaşımı araşdırılır

ABŞ Məxfi Xidməti İlon Maskın sosial şəbəkədə Prezident Cozef Bayden və vitse-prezident Kamala Harrisə təhdid kimi qiymətləndirilə bilən paylaşımı ilə bağlı araşdırmaya başlayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

“Niyə heç kim Baydeni və ya Harrisi öldürməyə belə cəhd etmir”, - İ.Mask keçmiş prezident və prezidentliyə namizəd Donald Trampa ikinci sui-qəsd cəhdindən sonra “X” sosial şəbəkəsindəki paylaşımlardan birinə şərh olaraq yazıb. İ.Maskın yazısı tez bir zamanda populyarlıq qazanaraq 700.000-dən çox baxış və 57.000 bəyənmə toplayıb”, - "Bloomberg” qeyd edib. Bildirilib ki, paylaşım dərc edildikdən qısa müddət sonra silinsə də, ABŞ Məxfi Xidmətinin diqqətindən yan keçməyib.

“Bloomberg” xatırladır ki, ABŞ Prezidentinin həyatına sui-qəsd cəhdi federal cinayətdir və beş ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Son xəbərlər

Orphus sistemi