ABŞ Meksika sərhədindəki divar inşasının maliyyələşdirilməsini dayandırdı

ABŞ Meksika sərhədindəki divar inşasının maliyyələşdirilməsini dayandırdı Ağ Evin açıqlamasına görə, müvafiq sərəncam prezident Cozef Bayden tərəfindən imzalanıb
Digər ölkələr
11 Fevral , 2021 21:01
ABŞ Meksika sərhədindəki divar inşasının maliyyələşdirilməsini dayandırdı

ABŞ hökuməti əvvəlki administrasiya tərəfindən Meksika sərhədində qanunsuz miqrantlara qarşı başlanmış divar inşasının maliyyələşdirilməsini dayandırıb və fövqəladə vəziyyəti ləğv edib.

“Report” xəbər verir ki, Ağ Evin açıqlamasına görə, müvafiq sərəncam prezident Cozef Bayden tərəfindən imzalanıb.

Xatırladaq ki, Meksika sərhədində 2019-cu ilin fevral ayından tətbiq edilmiş fövqəladə vəziyyət federal büdcədən əlavə vəsait ayrılmasını asanlaşdırırdı.

Son xəbərlər

Orphus sistemi