Bakı. 6 yanvar. REPORT.AZ/ ABŞ-la Meksika arasındakı sərhəddə tikiləcək hasarın maliyyələşdirilməsinə apreldə başlanılması planlaşdırılır.
“Report” CNN telekanalına istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trampın keçid komandası Respublikaçılar Partiyasının qurultayında bildirib.
Meksika hökuməti tikintinin maliyyələşdirilməsində iştirak etməyəcək.
Bununla belə, hələlik yekun qərar qəbul edilməyib.