Bakı. 29 dekabr. REPORT.AZ/ Vaşinqton və Moskva Yaxın Şərqdəki üç qruplaşmanı terrorçu təşkilat olaraq tanıyıb.
"Report" "İnterfax"a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilov bildirib.
"İŞİD, "əl-Qaidə" və "Cəbhət ən-Nusra"nın terrorçu təşkilat olaraq tanınmasında mövqeyimiz üst-üstə düşür. Bu əsasdır. Onlarla bağlı mövqeylərimiz tamamilə eynidir", - deyə nazir müavini söyləyib.
G.Qatilovun sözlərinə görə, ABŞ və Rusiya Livandakı "Hizbullah" və Fələstindəki "Həmas"ın terrorçu təşkilat olaraq tanınmasını müzakirə belə etməyib.
Qeyd edək ki, "Cəbhət ən-Nusra" "əl-Qaidə"nin qolu olub, Suriyada fəaliyyət göstərir.