ABŞ-la Meksika arasında gediş-gəliş bağlana bilər

ABŞ-la Meksika arasında gediş-gəliş bağlana bilər Bakı. 22 noyabr. REPORT.AZ/ ABŞ Prezidenti Donald Tramp Meksikadan qanunsuz miqrant axınına görə bu ölkə ilə sərhədi bağlayacaqlarını istisna etməyib.
Digər ölkələr
22 Noyabr , 2018 20:54
ABŞ-la Meksika arasında gediş-gəliş bağlana bilər

Bakı. 22 noyabr. REPORT.AZ/ ABŞ Prezidenti Donald Tramp Meksikadan qanunsuz miqrant axınına görə bu ölkə ilə sərhədi bağlayacaqlarını istisna etməyib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə dövlət başçısı Şükran Günü bayramı münasibətilə getdiyi Florida ştatında jurnalistlərə bildirib.

“Vəziyyət müəyyən həddi keçsə, nəzarəti itirdiyimizi görsək, onda bir müddət, nəzarəti bərpa edənədək ölkəmizə girişi bağlamalı olacağıq. Bütün sərhəd boyu. Meksika ABŞ-a avtomobil göndərə bilməyəcək”, - o bildirib.

Son xəbərlər

Orphus sistemi