ABŞ-la İsrail İrana qarşı birgə işçi qrup yaradıb

ABŞ-la İsrail İrana qarşı birgə işçi qrup yaradıb İranın nüvə proqramındakı irəliləyiş tərəflərin müzakirə etdiyi əsas məsələ olub
Digər ölkələr
28 Aprel , 2021 16:01
ABŞ-la İsrail İrana qarşı birgə işçi qrup yaradıb

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla İsrail Milli Təhlükəsizlik Şurasının başçısı Meir Ban-Şabbat arasında İranın pilotsuz uçuş aparatı və raketinin yaradacağı mümkün təhlükənin qarşısını almaq üçün birgə işçi qrup yaradılıb.

“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, məlumatı Ağ evin Mətbuat xidməti yayıb.

İranın nüvə proqramındakı irəliləyiş tərəflərin müzakirə etdiyi əsas məsələ olub. C.Sallivan qeyd edib ki, Ağ ev bu məsələni İsraillə məsləhətləşməkdə maraqlıdır.

Son xəbərlər

Orphus sistemi