​ABŞ və Cənubi Koreya KXDR-ə cavab verəcəkləri haqda anlaşıblar

​ABŞ və Cənubi Koreya KXDR-ə cavab verəcəkləri haqda anlaşıblar Bununla bağlı generallar razılığa gəliblər
Digər ölkələr
22 Avqust , 2015 10:16
​ABŞ və Cənubi Koreya KXDR-ə cavab verəcəkləri haqda anlaşıblar

Bakı. 22 avqust. REPORT.AZ/ ABŞ və Cənubi Koreya silahlı qüvvələrinin generalları hərbi əməliyyatlara başlayacağı halda, Koreya Xalq Demokratik Respublikasına (KXDR) birlikdə "güclü cavab" verəcəkləri haqda razılığa gəliblər.

"Report" Cənubi Koreyanın "Renxap" agentliyinə istinadən xəbər verir ki, bu razılıq ABŞ-ın birləşmiş qərargah rəisləri komitəsinin başçısı general Martin Dempsi ilə cənubi koreyalı həmkarı Tsoy Yun Xi arasındakı telefon danışığında əldə edilib. 

Son xəbərlər

Orphus sistemi