ABŞ Kubaya qarşı embarqonu daha bir il uzadıb

ABŞ Kubaya qarşı embarqonu daha bir il uzadıb ABŞ Prezidenti Cozef Bayden Kubaya qarşı tətbiq olunan ticarət məhdudiyyətlərinin 14 sentyabr 2022-ci il tarixinə qədər uzadılmasına qərar verib.
Digər ölkələr
7 Sentyabr , 2021 22:05
ABŞ Kubaya qarşı embarqonu daha bir il uzadıb

ABŞ Prezidenti Cozef Bayden Kubaya qarşı tətbiq olunan ticarət məhdudiyyətlərinin 14 sentyabr 2022-ci il tarixinə qədər uzadılmasına qərar verib.

"Report" xəbər verir ki, sözügedən bəyanat Ağ Evin mətbuat xidməti tərəfindən yayılıb.

Sənəddə deyilir ki, ABŞ-ın milli maraqlarına uyğun olaraq Kubaya qarşı tətbiq edilən məhdudiyyətlər daha bir il uzadılıb.

Qeyd edək ki, bu, 1917-ci ildə qüvvəyə minən bir qanun olmaqla ABŞ-a digər ölkələrlə ticarəti məhdudlaşdırmağa imkan verir. Kubaya qarşı ilk sanksiyalar 1960-cı ildən tətbiq olunmağa başlanıb. Sonra sanksiyalar embarqoya qədər genişləndirilib.

Son xəbərlər

Orphus sistemi