Yuxarı
    Bağlamaq

    ABŞ-Kuba danışıqlarının növbəti mərhələsi Havanada keçəcək

    Dialoqun növbəti raundu sentyabrın 9-10-da təyin olunsa da, müzakirə ediləcək mövzular gündəliyi hazır deyil

    Bakı. 27 avqust. REPORT.AZ/ ABŞ və Kuba nümayəndə heyətləri iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində danışıqları davam etdirmək üçün Havanada bir araya gələcək. "Report"un TASS agentliyinə istinadən verdiyi məlumata görə, dialoqun növbəti raundu sentyabrın 9-10-da təyin olunsa da, müzakirə ediləcək mövzular gündəliyi hazır deyil.

    ABŞ və Kuba arasında diplomatik münasibətlər 1961-ci ildə dayandırılmışdı.

    2014-cü ilin dekabrında isə prezident Obama və Kubanın indiki prezidenti Raul Kastro sürpriz bəyanatla çıxış edərək iki ölkə arasında diplomatik münasibətləri bərpa etmək istəklərini dilə gətirmişdi.

    Əlaqələrin normallaşması prosesinin nəticəsi kimi Kuba XİN rəhbəri Bruno Rodriguez iyulun 20-də Vaşinqtonda Kuba səfirliyinin açılışında iştirak etdi. Daha sonra isə, Dövlət katibi Con Kerri 54 il aradan sonra ABŞ-ın Kubadakı səfirlik binası qarşısında ABŞ bayrağı qaldırıldı.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi