ABŞ koronavirusu sürətlə aşkarlayan testə lisenziya verdi

ABŞ koronavirusu sürətlə aşkarlayan testə lisenziya verdi ABŞ-ın tibbi tənzimləyicisi (FDA) insanın koronavirusa yoluxduğunu bir neçə dəqiqə ərzində müəyyənləşdirə bilən ilk antigen testinin istifadə edilməsinə təcili lisenziya verib.
Digər ölkələr
10 May , 2020 00:55
ABŞ koronavirusu sürətlə aşkarlayan testə lisenziya verdi

ABŞ-ın tibbi tənzimləyicisi (FDA) insanın koronavirusa yoluxduğunu bir neçə dəqiqə ərzində müəyyənləşdirə bilən ilk antigen testinin istifadə edilməsinə təcili lisenziya verib.

“Report” xəbər verir ki, bu barədə RİA “Novosti” məlumat yayıb. 

"ABŞ-ın Qida Məhsullarının və Dərmanların keyfiyyətinə Sanitar Nəzarəti üzrə İdarəsi COVID-19 antigen testdən istifadə ilə bağlı birinci təcili icazə verdi", - idarənin saytında deyilir.

FDA-nın yaydığı məlumatına görə, “Quidel Corporation” şirkətinin testi lisenziya alıb.

"Testin əsas üstünlüklərindən biri onun sürətidir, hansı ki, dəqiqələr ərzində nəticələr verə bilər", - FDA yazıb.

ABŞ dünyada koronavirusa ən çox yoluxma hallarının sayı üzrə birinci yerdədir. Birləşmiş Ştatlarda COVID-19-a 1 324 362 nəfər yoluxub.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi