ABŞ-da koronavirusa görə fövqəladə vəziyyət rejimi tətbiq edilib

ABŞ-da koronavirusa görə fövqəladə vəziyyət rejimi tətbiq edilib Bazar günündən Birləşmiş Ştatlar hakimiyyəti koronavirusun yayılmasına görə ölkə ərazisində fövqəladə vəziyyət rejimini tətbiq edir.
Digər ölkələr
1 Fevral , 2020 02:09
ABŞ-da koronavirusa görə fövqəladə vəziyyət rejimi tətbiq edilib

Bazar günündən Birləşmiş Ştatlar hakimiyyəti koronavirusun yayılmasına görə ölkə ərazisində fövqəladə vəziyyət rejimini tətbiq edir.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatların səhiyyə və sosial xidmətlər naziri Aleks Azar Ağ Evdə keçirdiyi brifinqdə bildirib. 

O, qeyd edib ki, ABŞ prezidenti bazar günündən başlayaraq ölkədə fövqəladə vəziyyət rejiminin tətbiq olunması haqqında fərman imzalayıb. Fərmana əsasən 2019-nCoV virusunun yayılması riski olan xarici vətəndaşların ABŞ-a girişinə müvəqqəti qadağa qoyulub.

Nazirin sözlərinə görə, söhbət 14 gün əvvəl və ya daha yaxın günlərdə Çin ərazisində olmuş əcnəbilərdən gedir. Yalnız ABŞ vətəndaşlarının ailə üzvləri və ya ABŞ-ın daimi sakinləri istisna təşkil edir.

"Materik Çindən qayıdan ABŞ vətəndaşları 14 gün ərzində xüsusi həkim nəzarəti altında olacaqlar", - Aleks Azar əlavə edib.

Son xəbərlər

Orphus sistemi