ABŞ Konqresinin xüsusi komitəsi Trampa ifadə vermək üçün çağırış vərəqəsi təqdim edib

ABŞ Konqresinin xüsusi komitəsi Trampa ifadə vermək üçün çağırış vərəqəsi təqdim edib Kapitoliyə 6 yanvar 2021-ci ildə edilən hücumu araşdıran ABŞ Nümayəndələr Palatasının xüsusi komitəsi keçmiş ABŞ prezidenti Donald Trampa sənədləri təhvil verməsini və hadisələrlə bağlı qanunvericilərin suallarını cavablandırmasını tələb edən çağırış vərə
Digər ölkələr
22 Oktyabr , 2022 06:17
ABŞ Konqresinin xüsusi komitəsi Trampa ifadə vermək üçün çağırış vərəqəsi təqdim edib

Kapitoliyə 6 yanvar 2021-ci ildə edilən hücumu araşdıran ABŞ Nümayəndələr Palatasının xüsusi komitəsi keçmiş ABŞ prezidenti Donald Trampa sənədləri təhvil verməsini və hadisələrlə bağlı qanunvericilərin suallarını cavablandırmasını tələb edən çağırış vərəqəsi göndərib.

“Report” xəbər verir ki, bu barədə “The Washington Post” yazır.

Trampa çağırış vərəqəsini komitə sədri Benni Tompson göndərib. Qanunvericilər Trampdan noyabrın 4-dək müvafiq sənədləri onlara təqdim etməyi, həmçinin noyabrın 14-də ifadə verməsini tələb ediblər.

Qanunvericilərin tələbinə əməl edilməməsi ABŞ-da Konqresə hörmətsizliyin təzahürü kimi qiymətləndirilir. Bu, ittihamların irəli sürülməsinə səbəb ola bilər.

Əvvəllər Trampın keçmiş köməkçiləri komitənin tələblərini yerinə yetirməkdən imtina etdiklərinə görə artıq ittiham olunublar. Onları bir ilə qədər həbs cəzası, həm də cərimə gözləyir.

Son xəbərlər

Orphus sistemi